Macarıstanın U-17 millisinin baş məşqçisi Antal Nemet Avropa çempionatının seçmə mərhələsinin VI qrupunda Azərbaycan, Yunanıstan və Rumıniya yığmalarına qarşı keçirəcəkləri oyunlar haqda danışıb.
Presssport.azxəbər verir ki, federasiyanın rəsmi saytına danışan macarıstanlı məşqçi millimizlə bağlı da söz açıb: “4-cü səbətdən seçilən Azərbaycan turnirə xüsusilə yaxşı komanda ilə gəlir. Onların hazırlıqlarını izləyirik və deyə bilərəm ki, son aylarda Azərbaycan yığması xeyli inkişaf edib. Buna görə də qrupda hadisələrin inkişafının tamamilə gözlənilməz olduğunu və istənilən komandanın növbəti mərhələyə çıxmaq üçün mübarizə apara biləcəyini söyləmək mümkündü”.
Xatırladaq ki, Azərbaycan - Macarıstan oyunu bu gün Bakı vaxtilə saat 14:00-da keçiriləcək.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC