“Turan Tovuz”un toqolu müdafiəçisi Emmanuel Hakman müsahibə verib.
Pressport.az həmin müsahibəni təqdim edir:
- “Səbail”lə son turun oyununda sona yaxın məğlubiyyətdən qaçdınız. 1:1-lik heç-heçəni necə dəyərləndirərdin?
- Oyuna yaxşı başlamadıq. İlk 20-25 dəqiqədə fəal çıxış etmədik. Sonradan toparlandıq. İkinci hissədə üstünlük tamamilə bizim tərəfimizdə idi. Təəssüf ki, yalnız hesabı bərabərləşdirməyə müvəffəq olduq. Daha yaxşı olmalıyıq. Bunun üçün çox çalışmaq lazımdır.
- Matçın gedişində əksər futbolçular kimi sən də hakimlərin qərarına etiraz edirdin. İdarəçilik bu qədər zəif idi?
- Bəzi qərarlara inana bilmirdim (gülür). Bəzən səhvlər olurdu. Amma hansımızın səhvi olmur ki...
- Penalti epizodu çox nüzakirə olundu...
- Bu, futboldur. Hakimlər barədə çox danışmaq istəmirəm. Həm də hər şeyi hakimliklə bağlamaq olmaz. Dediyim kimi, futboldur, bəzən udursan, bəzən yox. Uğur qazanmaq üçün meydanda vuruşmaq, sona qədər oynamaq lazımdır.
- “Turan Tovuz” son 2 turda 4 xal itirib. Komandanın gücü qurtarıb, yoxsa?..
- Yox, güc qurtarmayıb. Komandada fiziki baxımından problem yoxdur. Sadəcə hər zaman qələbə qazanmaq alınmır. Eləcə də hər matçda eyni cür çıxış etmək mümkün olmur. Bir gün zəif təsir bağışlayırsan, bir gün üstün tərəf olursan. Biz qələbə üçün əlimizdən gələni edirik və bundan sonrakı matçlarda da edəcəyik.
- Səncə, fasilə komandaya müsbət təsir edə biləcək?
- Məncə, müsbət təsir edəcək. Ardıcıl oyunlardan sonra fasilədə həm istirahət edə bilirsən, həm də daha yaxşı hazırlaşırsan (futbolxeber.az).
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC