Fransa millisinin sabiq hücumçusu Vissam Ben Yedder şərti qaydada həbs cəzası alıb.
Presssport.az xəbər verir ki, cinsi təcavüzdə təqsirli bilinən 35 yaşlı futbolçu ümumilikdə 6,5 min avro məbləğində təzminat ödəməklə şərti olaraq 2 il yarım cəzaya məhkum olunub. Bundan əlavə, Ben-Yedder polisin əmrinə tabe olmadığı üçün 6 ay sürücülük hüququndan məhrum edilib.
Onu da bildirək ki, kapitanı olduğu “Monako”da çıxışıyla tanınan Vissam 2023-cü ilin avqustunda zorlamada ittiham olunub. O, istirahət zamanı 21 yaşlı qıza qarşı cinsi zorakılıq etməkdə təqsirli bilinib.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC