"Azərbaycan millisiylə bağlı pis xatirərlərimiz var" - Slovakiya yığmasının baş məşqçisi

"C Liqasında FİFA reytinqi ən yüksək olan milli komanda İsveçdi. Onunla son oyunda heç-heçə etmişik". 

Presssport.az xəbər verir ki, bu sözləri UEFA Millətlər Liqasının qrup mərhələsində Azərbaycan millisinin rəqiblərindən olan Slovakiya yığmasının baş məşqçisi Françesko Kaltsona püşkü dəyərləndirərkən deyib.

İtaliyalı mütəxəssis Slovakiya Futbol Federasiyasının rəsmi saytına açıqlamasında 2022-ci ildə məhz Millətlər Liqasında milli komandamıza evdə uduzduqları (1:2) oyunu xatırladıb: "Azərbaycan millisi ilə bağlı pis xatirələrimiz var. Çünki rəhbərliyim altında ilk oyunu onunla keçirmişik və məğlub olmuşuq. İsveç, Estoniya və Azərbaycan yığmaları AVRO-2024-ün seçmə mərhələsində bir qrupda yer alıblar". 

Qaltsonanın fikrincə, Millətlər Liqasından dünya çempionatına vəsiqə üçün yaxşı fürsət var: "Bu turnirdə maksimum gücümüzlə oynamalıyıq. Çünki dünya çempionatına vəsiqə qazanmaq şansımız var. Estoniya qrupda qazandığı qələbələrə görə pley-offa vəsiqə qazanmışdı". 

Xatırladaq ki, millimiz C Liqasının 1-ci qrupunda İsveç, Slovakiya və Estoniya yığmaları ilə mübarizə aparacaq. 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC