Keyta "Braqa"ya meydan oxudu: "Portuqaliyaya qələbə dalınca gedirik"

Azərbaycan kubokunun 1/4 final mərhəsləsinin cavab matçında səfərdə 7:1 hesabı ilə yendiyi "Sabah"a evdə uduzan (3:4) "Qarabağ" yarımfinala adladı. Matçın ardından fevralın 15-də Avropa Liqasının pley-off mərhələsinin ilk oyunları çərçivəsində "Braqa"nın qonağı olacaq "köhlən atlar"ın hücumçusu Hamidu Keyta müsahibə verib. 

Presssport.az həmin müsahibəni təqdim edir.

- Oyun haqda nə deyə bilərsən?
- Oyun bizim üçün çətin keçdi. Birinci görüşdə böyükhesablı qələbə qazanmışdıq. Bəzən ilk matçda böyük hesabla uduzan rəqib cavab qarşılaşmasına xüsusi həvəslə çıxır. Bu dəfə də belə idi. Əsas odur ki, mərhələni biz keçdik.

- 7:1-dən sonra ikinci matça necə köklənmişdiz?
- Baş məşqçimiz bizə dedi ki, peşəkar olmaq lazımdır. Biz də digər matçlarda olduğu kimi, öz işimizi görməyə çalışdıq. Sadəcə, "Sabah" qalib gəldi. Mərhələni adlamaq olduqca vacib idi.

- Çempionatın növbəti turunda yenə "Sabah"la üz-üzə gələcəksiniz. Həmin matç barədə nə düşünürsən?
- Cari mövsüm bu rəqiblə 5-ci dəfə qarşılaşacağıq. Qələbə qazanmağa çalışacağıq. 

- Çempionat öz yerində, sizi fevralın 15-də Avropa Liqasının pley-off mərhələsində "Braqa" ilə səfər oyunu gözləyir...
- "Braqa" çox yaxşı komandadır, biz də. Portuqaliyaya qələbə dalınca gedirik. Çünki biz "Qarabağ"ıq. 

- "Braqa"nın hansısa oyununu izləmisən?
- Yox, hansısa matçını tam şəkildə izləməmişəm. Məşqçilərin təhlilləri əsasında necə futbol sərgilədikləri ilə tanış olmuşam.

- Böyük əksəriyyət "Braqa"nın cütün favoriti olduğunu düşünür...
- Ola bilər. Ancaq Portuqaliyaya yollanıb çıxışımıza baxmaq lazımdır. Biz ora qələbə dalınca gedirik.

- İlk matçın səfərdə keçirilməsi xeyrinizədir?
- Hə, ilk matça səfərdə çıxmaq lazımdır. Ancaq istənilən görüşdə əsas məqsəd qələbə olmalıdır (fanat.az).


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC