Musa Qurbanlı: "Bu, qələbə üçün kifayət etmədi"

“Əlbəttə ki, qələbə qazanmağı çox istəyirdik. Bu matçda 3 xal qazanmağın bizim üçün nə qədər vacib olduğunu dərk edirdik. Pis oynamadıq. Lakin bu, qələbə üçün kifayət etmədi. Nəticə məyusedicidir. Kifayət qədər qol epizodları yaratsaq da, fərqlənə bilmədik”.

Presssport.az xəbər verir ki, bu sözləri milli komandamızın hücumçusu Musa Qurbanlı UEFA Millətlər Liqasının beşinci turunda Estoniyaya qarşı keçirilən oyun (0:0) barədə danışarkən deyib.

O, “Qol vurmağınıza nə mane oldu?” sualını belə cavablandırıb: “Bu barədə mənim nəsə deməyim düzgün olmaz. Məşqçilər korpusu oyunu analiz edəcək. İsti başla nəsə deyə bilmərəm. Yenə deyirəm, kifayət qədər qol epizodlarımız oldu, lakin dəyərləndirə bilmədik”.

Qurbanlı 2 gün sonra İsveçə qarşı keçiriləcək matçın çətin alınacağını söyləyib: “Estoniya ilə matçda qələbə qazanıb səfərə getsəydik, daha yaxşı olardı. Bu halda İsveç önünə daha yüksək motivasiya ilə çıxardıq. Çalışacağıq yaxşı oyun göstərək və hər nə qədər çətin olsa da, İsveçlə görüşdə uğur qazanaq”.

22 yaşlı forvard millimizin D liqasına düşmək perspektivini də toxunub: “Sona qədər döyüşəcəyik. Əlimizdən gələni edəcəyik ki, bu vəziyyətdən çıxa bilək” (futbolxeber.az).

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC