İsveç millisinin daha bir müdafiəçisi UEFA Millətlər Liqasının VI turunda Azərbaycan yığmasına qarşı oynamayacaq.
Presssport.az xəbər verir ki, "Atalanta"da çıxış edən İsak Hien millimizlə matçda iştirak etməyəcək.
Belə ki, 25 yaşlı mərkəz müdafiəçisi keçən turda Slovakiya yığması ilə keçirilən görüşdə sarı vərəqə görərək cəzalı duruma düşüb.
Bu yerdə bildirək ki, daha öncə “Mançester Yunayted”in mərkəz müdafiəçisi Viktor Lindelof zədələnərək sıradan çıxıb.
Xatırladaq ki, İsveç - Azərbaycan qarşılaşması 19 noyabr tarixində Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC