Azərbaycanın gənc şpaqaçısı Xədicə Həsənli Türkiyənin Konya şəhərində keçirilən qılıncoynatma üzrə açıq turnirdə qızıl medal qazanıb.
Presssport.az Qılıncoynatma Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, Həsənli 100-dən çox iştirakçı arasında ən yüksək nəticəni göstərib.
Digər təmsilçimiz Mirxətai Məmmədov isə oğlanların mübarizəsində mükafatçılar sırasında yer alıb. O, finalın bir addımlığında uduzaraq bürünc medal əldə edib.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC