Çerçesovu gətirdilər, UEFA Millətlər Liqasının yeni antirekordçusu oldular

Qazaxıstan millisi UEFA Millətlər Liqasında yeni antirekord müəyyənləşdirib.

Presssport.az xəbər verir ki, Stanislav Çerçesovun komandası yarışın son turunda Norveçə 0:5 hesabı ilə uduzub. 

Nəticədə qazaxların cari Millətlər Liqasında buraxdığı qolların sayı 15-ə çatdıb.

Bu isə turnir tarixinin antirekordudu. Belə ki, Qazaxıstan millisi cari mövsümdə keçirdiyi 6 oyunda heç bir qələbə qazana bilməyib. Komanda 1 dəfə heç-heçə edib, 5 dəfə isə məğlubiyyətlə üzləşib. 

Bütün görüşlərin nəticələrinə əsasən, Qazaxıstan yığması B divizionundan aşağı liqaya - C Liqasına düşüb.

Xatırladaq ki, 60 yaşlı Çerçesovun hazırkı turnirdə bu milli komandanın baş məşqçisi postuna gətirilmişdi. 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC