Dünya futboluna "mavi kart" gəlir

Beynəlxalq Futbol Assosiasiyaları Şurası (IFAB) dünya futbolunda yenilik etməyə hazırlaşır.

Presssport.az xəbər verir ki, IFAB futbolçular üçün 10 dəqiqəlik ayrılıq cəzasını ifadə edən “mavi kart” tətbiq edəcək.

Yeni qaydaya görə, hakimi aldadan və ya ona kəskin etiraz edən oyunçular 10 dəqiqə meydandan kənarlaşdırılacaq.

Habelə, taktiki qayda pozuntularına görə cəzaları ağırlaşdırmaq məqsədi daşıyır.

Bundan başqa, yeni protokola əsasən, futbolçu iki mavi vərəqə alarsa, o, bir qırmızı vərəqə almış hesab olunacaq və oyundan kənarlaşdırılacaq.

Oyunçu sarı və mavi vərəqə alırsa, o, qırmızı vərəqə almış sayılacaq.

UEFA Prezidenti Aleksander Çeferin yeni protokolun əleyhinə olduğu üçün yayda keçiriləcək AVRO-2024 və gələn il keçiriləcək Çempionlar Liqasında bu qaydanın tətbiqi gözlənilmir.

 

 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC