"Sumqayıt"ın sabiq baş məşqçisi Aleksey Baqa Rusiyanın "Sokol" klubundan gedib.
Presssport.az xəbər verir ki, Saratov təmsilçisin Müşahidə Şurası 43 yaşlı belaruslu mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Baqa ötən ilin dekabr ayında "Sokol"un baş məşqçisi təyin olunmuşdu. Komanda Rusiya I Divizionunda 19 turdan sonra 19 xal toplayıb və turnir cədvəlinin 16-cı pilləsində qərarlaşıb.
Xatırladaq ki, Baqa 2021-22-ci illərdə "Sumqayıt"ın baş məşqçisi olub.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC