"Liverpul" millimizin futbolçusunun qardaşını transfer edir - 80 milyon avro tələb edirlər

"Benfika"nın futbolçusu Orkun Kökcü karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Presssport.az xəbər verir ki, "Liverpul" Türkiyə yığmasının yarımmüdafiəçisini transfer etmək istəyir. 

Belə ki, İngiltərə nəhənginin baş məşqçisi Arne Slot "Feyenoord"da birlikdə çalışdığı 24 yaşlı orta xətt oyunçusunu yanına aparmağa çalışır. 

Lissabon klubu transferə görə 80 milyon avro tələb etdiyi Orkunu ötən ilin yayında "Feyenoord"dan 25 milyon avroya transfer edib. Türkiyə millisinin üzvü bu mövsüm Portuqaliya təmsilçisinin heyətində meydana çıxdığı 15 rəsmi matçda 4 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Xatırladaq ki, Orkun millimizin futbolçusu Ozan Can Kökcünün kiçik qardaşıdı.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC