Azərbaycanın FİFA referisi Əliyar Ağayev növbəti dəfə Yunanıstanın Super Liqasının vacib oyununa təyinat alıb.
Presssport.az xəbər verir ki, 37 yaşlı hakimimiz fevralın 11-də XXII turda keçiriləcək PAOK - AEK matçını idarə edəcək.
Ağayeva yan xətdə Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcək. Yunanıstanlı referi Diamantopulos dördüncü hakim funksiyasını yerinə yetirəcək. Azərbaycanın daha bir FİFA referisi Elçin Məsiyev Reynhard Buxbaumla birlikdə VAR hakimi olacaq.
PAOK 50 xalla liderdir. AEK isə 48 xalla 2-ci pillədə qərarlaşıb.
Xatırladaq ki, Əliyar buna qədər də Yunanıstan Super Liqasının bir neçə vacib qarşılaşmasına təyinat alıb.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC