"Tottenhem"in futbolçusu Rodriqo Bentankur ölkəsindəki televiziya proqramlarından birində komanda yoldaşı Son Hın-Min haqqında irqçi zarafatına görə cəzalandılıb.
QOL.az xəbər verir ki, uruqvaylı yarımmüdafiəçi "Son və ya onun qohumlarından biri... Koreyalıların hamısı bir-birinnə bənzəyir" sözlərini işlədib ki, bu, İngiltərədə və dünyada tənqidlərə səbəb olub.
Bentankurla bağlı araşdırma başladılıb. Nəticədə 27 yaşlı futbolçu səsləndirdiyi ifadələrə görə İngiltər Premyer Liqası tərəfindən 7 oyunluq cəzalandırılıb. Həmçinin o, 120 min avro məbləğində cərimələnib.
Son isə daha əvvəl komanda yoldaşının ondan üzr istədiyini və aralarında heç bir problemin olmadığını demişdi.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC