"Azərbaycanla görüşdə qalib gəlmək istəyirik" - İsveç millisinin baş məşqçisi

İsveç milli komandasının baş məşqçisi Yon Dal Tomasson Millətlər Liqasının C1 qrupunun sonuncu turunda Solnada Azərbaycan yığmasına qarşı oynayacaqları görüş haqda danışıb.

Presssport.az xəbər verir ki, danimarkalı mütəxəssis oyunöncəsi mətbuat konfransında millimizlə matçdan gözləntilərini bölüşüb: "Bir neçə futbolçumuz var ki, problem yaşayır. Bu axşam və sabah həkimlərlə danışacam, sonra start heyəti ilə bağlı yekun qərarı verəcəm. Problemlər nələrdir? Şənbə günü Slovakiya ilə matçda (2:1) futbolçularım hər şeyi etdi. Meydanda hər şeyi verəndə problemlər yarana bilər. Amma əminəm ki, onlar sağalmağa vaxt tapmaları üçün hər şeyi edir. Bir oyunumuz qalıb və Azərbaycanla görüşdə qalib gəlmək istəyirik. C Divizionunda dünya çempionatının seçmə mərhələsinin pley-off mərhələsinə vəsiqə qazanmaq üçün ən yaxşılar sırasında olmaq niyyətimiz var”.

Bu yerdə bildirək ki, isveçlilər vaxtından əvvəl qrup qalibi olub. 

Xatırladaq ki, İsveç - Azərbaycan görüşü “Friends Arena” stadionunda Bakı vaxtı ilə saat 23:45-də keçiriləcək.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC