“Türkiyə ilə oyuna yaxşı hazırlaşmışıq. Ümid edirik ki, xal və ya xallar alacağıq".
Presssport.az xəbər verir ki, bu sözləri Monteneqro millisinin futbolçusu Marko Yankoviç UEFA Mİllətlər Liqasının B Liqasının 6-cı turunda sabah Türkiyə yığmasə ilə keçiriləcək ev oyunu üçün təşkil edilən mətbuat konfransında deyib.
"Qarabağ"ın yarımmüdafiəçisi rəqiblərinin A Liqasına yüksəlməyə layiq olduğunu vurğulayıb: "Qrupda ən yaxşı futbolu onlar oynayır. Bir millidə "Real", "Yuventus", "İnter", "Benfika", "Qalatasaray", "Fənərbaxça" və "Beşiktaş" kimi klubların futbolçuları çıxış edirsə, o komanda A Liqasına yüksəlməyə layiqdi. Çox yaxşı komandadır. Əlimizdən gələni edəcəyik, amma çox çətin bir oyun olacaq. Çünki rəqibin gücü bəllidi. Qələbə və bəlkə də heç-heçə Türkiyəyə A Liqasında vəsiqə qazanmaq üçün kifayət edəcək".
Xatırladaq ki, sabah keçiriləcək Monteneqro - Türkiyə oyunu Bakı vaxtı ilə 23:45-də başlayacaq. Hazırda Türkiyə millisi 11 xalla qup lideridi. Beş oyunun hamısında uduzan Robert Prosineçkinin baş məşqçisi Monteneqro yığması isə sonuncudu.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC