Estoniya millisinin kapitanı Qəbələdəki matç haqda: "İkinci hissə dəhşətli keçdi"

Estoniya millisinin kapitanı Karol Mets UEFA Millətlər Liqasının C1 qrupunun 5-ci turunun Azərbaycan yığması ilə Qəbələdə keçirdiyi heç-heçəni (0:0) şərh edib. 

Presssport.az xəbər verir ki, təcrübəli futbolçu məqsədlərinə çatdıqlarını deyib: "Azərbaycana qarşı oyun çətin oldu. İlk hissədə kifayət qədər yaxşı oynadıq, amma fasilədən sonra bütün gözləntilərdən aşağı çıxış etdik. Hətta deyərdim ki, ikinci hissə dəhşətli keçdi. Amma nəticə üçün oynadıq və bu baxımdan hər şey yaxşıdı. Qrupumuzu və vəziyyətimizi nəzərə alaraq hədəfimiz olan C Divizionunda qalacağıq. Ancaq ikinci yarıdakı göstərdiyimiz oyun heç bir tənqidə tab gətirmir. Düşünürəm ki, topu tez itirirdik. Qaçılmaz təzyiq artdı və rəqib özünə inam qazandı. Azərbaycanın ikinci hissədə müdafiəyə ehtiyacı yox idi. Topla daha yaxşı davranmağı bacarmalıyıq ki, oyun yalnız qapımız tərəfdə getməsin".

Xatırladaq ki, 4 xalı olan estonlar qrupda 3-cü yeri tutaraq C Divizionda qalmalarını sona 1 tur qalmış təmin edib. 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC