Millimizin futbolçusu Mahir Emreli UEFA Millətlər Liqası VI turunun İsveç yığmasıyla səfər matçından öncə keçirilən mətbuat konfransında iştirak edib.
Presssport.az xəbər verir ki, hücumçu sabah güclü rəqibə qarşı mübarizə aparacaqlarını vurğulayıb: “Cüzi də olsa, C Liqasında qalmaq şansımız var. Rəqib bizə çox yaxşı məlumdu. Yaxşı çıxış edib, uğurlu nəticə qazanmaq istəyirik. Bizi çətin qarşılaşma gözləyir. Buna baxmayaraq, öz oyunumuzu göstərib, yaxşı nəticə üçün savaşacağıq”.
Mahirin sözlərinə görə, hər bir hücumçunun istəyi qol vurmaqdı: "Lakin qolu kimin vurmasından asılı olmayaraq, əsas yığmanın uğurlu nəticə qazanmasıdı. Hamımız bura yaxşı nəticə üçün toplaşırıq. Düzdür, mən də İsveçlə matçda qol vurmaq istərdim. Bunun qələbə topu olması mənim üçün daha vacibdi”.
Slovakiya yığmasıyla Bakıdakı oyunda qırmızı vərəqə alan və buna görə də Estoniya ilə son matçda milliyə kömək edə bilməyən Emreli bu barədə sualı da cavablandırıb. O, Qəbələdə Estoniya ilə keçirilən matçda (0:0) millimizin lazım olan qələbəni qazana bilməməsində özünü də günahkar hiss etdiyini deyib: "Son zamanlar oyunumuz yaxşılaşıb. Bu turnirdə də bunu görmək olar. Hər şeyə baxmayaraq, nəticə yoxdu. Slovakiya ilə səfər matçını çıxmaq şərtilə digər görüşlərdə yaxşı oynamışıq. Statistikaya baxmaq lazımdı. Bəlkə də ən çox hücum etdiyimiz seçmə mərhələdi. Günahkar axtarırsınızsa, onun məsuliyyətini daşımağa hazıram. Təbii ki, Estoniya ilə matçda komandama kömək etmək istəyirdim. Çalışacam ki, sabah bunu unutdurum".
Xatırladaq ki, ki, noyabrın 19-da Solna şəhərindəki “Stroberri Arena”da keçiriləcək İsveç – Azərbaycan matçının start fiti Bakı vaxtı ilə saat 23:45-də səsləndiriləcək.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC