Rusiya mətbuatı Millətlər Liqasının C1 qrupunun 5-ci turunun Azərbaycan və Estoniya milliləri arasında Qəbələdə keçirilmiş matç (0:0) haqda yazıb.
Presssport.az xəbər verir ki, “Sport-Ekspress” nəşri Fernandu Santuşun millimizdəki işinə toxunaraq bunun tamamilə uğursuz olduğunu vurğulayıb: №Ən azı iki, daha məqsədəuyğun üç qolla qalib gəlməli olan oyunda ev sahibləri ilk hissədə bir dənə də olsun təhlükəli epizod yaratmadı. Üstəlik, ilk dəqiqədə Henri Anyerin zərbəsindən sonra Azərbaycan millisini dirək xilas etdi. Təzyiq, istək - hər şey var idi, amma spesifikliklər yalnız ikinci yarıda ortaya çıxdı. Ozan Kökçünün gözəl zərbəsindən sonra estonların qapıçısı köməyə gəldi. Digər epizodlarda dəqiqlik və ya şanssızlıq oldu. Heç-heçə o deməkdir ki, Estoniya C Divizionundakı yerini qoruyacaq. İsveçdə möcüzə baş versə və Azərbaycan qalib gəlsə belə, Estoniya ikili görüşlərdə üstünlüyə malikdir. Bundan əlavə, Fernandu Santuşun komandası 4-cü yeri tutanlar arasında ən pis 2 komandadan 1-i kimi aşağı liqaya düşmək ehtimalı yüksəkdi. Sona 1 tur qalmış 4 xalı olan Latviya özünü autsayderlər arasında ən inamlı hiss edir. Lüksemburqun 2, Azərbaycanın 1 xalı var. Litvanın isə xalı yoxdu və xilas olmaq şansı sıfırdı".
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC