UEFA Millətlər Liqası: Məsiyev "sülh"ə şahid oldu, 3 dəfə əlini cibinə atdı

Azərbaycanın hakimlər briqadası UEFA Millətlər Liqasının C3 qrupunun V turunun Lüksemburq və Şimali İrlandiya yığmaları arasında keçirilən oyununu idarə edib.

Presssportaz xəbər verir ki, 2:2 hesablı heç-heçə ilə başa çatan görüşdə baş hakim Elçin Məsiyev olub.

Ona yan xətdə Elşad Abdullayev və Pərvin Talıbov, həmçinin 4-cü hakim Fərid Hacıyev köməklik edib.

Məsiyev bu matçda futbolçulara ümumilikdə üç sarı vərəqə göstərib. Bunlardan 1-i meydan sahiblərinin, 2-si qonaqların passivinə yazılıb. 

Onu da bildirək ki, Şimali İrlandiya qrupu 11 xalla 1-ci, Lüksemburq isə 3 xalla sonuncu pillədə başa vurub.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC