Bu gün Azərbaycan milli komandası UEFA Millətlər Liqasında bu mövsüm üçün çıxışını başa vuracaq.
Presssport.az xəbər verir ki, qrupun sonuncu - 6-cı oyununda rəqib İsveç millisidi
Skandinaviya təmsilçisiylə görüşün nəticəsindən asılı olmayaraq, Fernandu Santuşun komandası qrupu sonuncu yerdə başa vuracaq. Çünki 4 xalımız olsa belə, şəxsi oyunlarda Estoniya yığmasından (səfərdə 1:3, evdə 0:0) geri qalırıq.
Artıq qrup liderliyini təmin edən isveçlilər isə ona görə qələbə lazımdı ki, buna nail olarsa, ən yaxşı qrup 1-cisi kimi DÇ-2026-nın seçmə mərhələsinin pley-off mərhələsinə vəsiqə qazana bilər.
Bununla belə ki, cüdi də olsa şans var ki, C Liqasında qalaq.
Bəs, bu, necə baş verə bilər?
Məlum olduğu kimi, C Liqasında qrup sonuncusu olan 4 komandadan daha pis nəticə göstərən 2-si D liqasına birbaşa düşür. Yarışın Əsasnaməsinə görə, həmin divizionun 2 ən güclü komandası isə C-yə yüksəlir. Bu liqada qrup sonuncusu olacaq ən yaxşı nəticəyə malik 2 milli isə D-nin 2 qrup ikincisi ilə evdə və səfərdə olmaqla 2 matçdan ibarət pley-off görüşü keçirəcək
Hazırda C Liqasında 4 qrup sonuncularının xal vəziyyəti belədi ki, digər 3-ü çıxışını artıq başa vurub - Latviya - 4 xal, Lüksemburq - 3 xal, Litva - 0 xal. Göründüyü kimi, Azərbaycanın D liqasına birbaşa düşməməsinin yeganə yolu bu gün İsveçə qalib gəlib xalını 4-ə yüksəltməsidi. Bu, baş verərsə, Latviya ilə birgə D liqasının 2 ən yaxşı qrup 2-cisindən biri ilə oynayacağıq. Rəqib püşklə müəyyənləşəcək. D liqasında ikincilərindən biri Cəbəllütariqdir, digəri isə bizim kimi ehtiyatda hələ 1 oyunu qalan Malta olacaq.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC