16 yaşadək voleybolçu qızlardan ibarət Azərbaycan millisi (U-16) Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA) çempionatında iştirak etmək üçün Polşanın Debica şəhərinə yola düşüb.
Presssport.az Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, U-16 yığmamız 14 oyunçu ilə səfərə yollanıb: Nisə Əlizadə, Mələk Hacızadə, Aysel Nəbiyeva, Fatimə Əliyeva, Liel Vetkina, Kamilla Manaxova, Çinarə Yusubova, Aylin Əlizadə, Dilarə Ağayeva, Nuray Vahablı, Zeynəb Cəfərli, Mədinə Əlibəyova, Məryəm Qocayeva, Çinarə Rəhimova.
Şahin Çatmanın komandası Estoniya, Litva və Ukrayna yığmaları üz-üzə gələcək. Yığmamız ilk matçını noyabrın 20-də Estoniyaya qarşı keçirəcək.
Onu da bildirək ki, noyabrın 20-23-də baş tutacaq yarış AVRO-2025-ə seçmə xarakter daşıyır. Reqlamentə əsasən, çempion komanda qitə birinciliyinin final mərhələsinə vəsiqə əldə edəcək.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC