İspaniya millisinin yeni tarixi rekorda imza atıb.
Presssport.az xəbər verir ki, Pireney təmsilçisi 2024-cü ildə 14 qələbə qazanıb.
Yoldaşlıq oyunlarını da nəzərə almaqla 17 qarşılaşmaya çıxan ispanlar cəmi 3 oyunda qələbə qazana bilməyib.
Bu nəticə milli komandanın tarixində yeni rekord kimi qeydə alınıb. Əvvəlki rekord isə 2010-cu ilə aiddir. İspaniya yığması tarixində ilk dəfə dünya çempionu olduğu ildə 13 dəfə qalib gəlməyi bacarmışdı.
Xatırladaq ki, Luis de la Fuentenin komandası UEFA Millətlər Liqasının VI turunda İsveçrə yığmasını 3:2 hesabı ilə məğlub edib.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC