AFFA İntizam Komitəsi I Liqada çıxış edən "Mingəçevir"in məşqçisi Namiq İbrahimlini 5 oyunluq cəzalandırıb.
Presssport.az milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, buna adıçəkilən mütəxəssisin VII turda "Baku Sportinq"lə matçın 72-ci dəqiqəsində 2-ci sarı vərəqəni aldıqdan sonra hakimləri təhqir və təhdid etməsi səbəb olub.
Klub onun bu hərəkətinə görə 500 manat cərimələnib.
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC