Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət millisi (U-17) Avropa çempionatının seçmə mərhələsindəki son oyununda heç-heçə edib.
Presssport.az xəbər verir ki, İlham Yadullayevin komandası Rumıniyadan olan həmyaşıdlarıyla görüşüb.
Rumıniyanın Buftya şəhərində - Rumıniya Milli Futbol Mərkəzinin stadionunda təşkil olunan qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb. Yığmamızın heyətində Əlibəy Mahmudov 82-ci dəqiqədə fərqlənib.
Xatırladaq ki, U-17 daha əvvəl Yunanıstanla Macarıstana böyük hesabla uduzmuşdu - müvafiq olaraq 0:3 və 0:4.
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC