"Qarabağ"ın dəvəti ilə Azərbaycanda səfərdə olmuş tanınmış türkiyəli mütəxəssis Fatih Terim Ağdam klubuna təşəkkür edib.
Presssport.az xəbər verir ki, “Qalatasaray”ın və Türkiyə millisinin 71 yaşlı sabiq baş məşqçisi bu barədə “İnstagram” hesabında yazıb: "Mehriban dəvətinə görə "Qarabağ" klubuna təşəkkür edirəm. Komandaya uğurlu mövsüm arzulayıram".
Xatırladaq ki, Terim Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin Tərəflər Konfransının 29-cu Sessiyası (COP29) çərçivəsində “Qarabağ”ın təşəbbüsü ilə təşkil olunan futbol klublarının iqlim dəyişikliyi ilə mübarizədə birgə alyansının yaradılması ilə bağlı tədbirdə iştirak etmək üçün Bakıya səfər etmişdi.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC