Araz-Naxçıvan" Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyununda "Qəbələ"yə 0:2 hesabı ilə məğlub olaraq turnirdə mübarizəni dayandırıb.
Sportal.az xəbər verir ki, Muxtar Respublika təmsilçisinin baş məşqçisi Azər Bağırov oyundan sonra keçirilən mətbuat konfransına qarşılaşmanı dəyərləndirməklə başlayıb.
- Birinci hissə barədə çox danışmaq istəmirəm. Premyer Liqada və kubokda mübarizə aparırsansa, belə sadə qollar buraxmaq olmaz. Bu da komandaya psixoloji gərginlik verir. Artıq bir yolumuz var, o da çempionatdır. Orda yolumuza davam edəcəyik.
- Qış fasiləsində komanda güclənmədi. Bu heyətlə mübarizə aparmaq çətin olmayacaq?
- Müdafiədə elə böyük səhvlərimiz olmur. Əsasən standart vəziyyətlərdən, asmalardan qapımızda qol görürük. Güclənmədik deməzdim. Bəli, transfer edə bilmədik. Amma komanda toparlanacaq. Qarşıdakı matçlarda daha yaxşı oyun gözləyirəm. 3-4 gündən bir oynayırıq, bəzi futbolçularımız qrip virusuna yoluxdular. Çalışacağıq ki, Premyer Liqada daha motivasiyalı, daha yaxşı "Araz-Naxçıvan" görək.
- İki “cəbhə”də mübarizə aparmaq üçün nə çatmadı?
- Həm heyət yetmədi, həm də sadə toplar buraxmağımız. "Qəbələ" ilə ilk oyunun birinci hissəsində daha yaxşı idik, ikinci hissədə komandanın gücü çatmadı. Bu gün ilk dəqiqələrdən pis başlamadıq, amma çox sadə qollar buraxdıq. İkinci hissədə oynadıq, amma qolu vaxtında vura bilmədik. Heyətin geniş olmasa, iki “cəbhə”də mübarizə aparmaq yəqin ki, çətindir.
- Azarkeşlərinizin olmaması oyununuza təsir edir?
- Əlbəttə, azarkeşin olması yaxşıdır. Naxçıvanda oynasaq, üstünlük bizdə olar. Bunu zaman göstərəcək. Ümid edirəm ki, bu məsələ həll olunar. Biz də istəyərdik ki, öz azarkeşlərimizin əhatəsində oynayaq.
- Transfer ehtimalı var?
- “Transfer pəncərəsi” bağlanmayıb. Gözləyirik. Baxışda olan oyunçu var. Başqa bir şey yoxdur.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC