Santuş Azərbaycan millisinin baş məşqçisi olduğu üçün qürur duyur, 0:6-dan dərs çıxarmalı olduqlarını deyir: "Bütün məsuliyyət mənim üzərimdədi"

Milli komandamız UEFA Millətlər Liqasının C Liqasının son turunda səfərdə İsveçə 0:6 hesabı ilə məğlub olub.

Presssport.az xəbər verir ki, yığmamızın baş məşqçisi Fernandu Santuş matçdan sonra keçirilən mətbuat konfransında fikirlərini bölüşərək, matça yaxşı hazırlaşdıqlarını söyləyib: "Rəqibin hücumda iki güclü futbolçusu olduğunu bilirdik. Bu səbəbdən 3 mərkəz müdafiəçisi ilə çıxış etdik. Oyuna yaxşı başlamadıq, tez qol buraxdıq. Sonradan vəziyyəti dəyişə bilmədik. Biz də hücumda iki sürətli futbolçuya şans vermişdik. Həm strategiya, həm də futbolçular mən tərəfdən seçilib. Bütün məsuliyyət mənim üzərimdədi. Bu görüş həm mənim, həm də komandam üçün dərs olmalıdır. Bundan nəticə çıxarmalı və öz üzərimizdə daha çox çalışmalıyıq. İnanıram ki, nəyisə dəyişmək olar. Azərbaycan millisinin baş məşqçisi olduğum üçün qürur duyuram. Komanda üçün hər zaman əlimdən gələni edirəm”.

Xatırladaq ki, millimiz qrup mübarizəsini 1 xalla başa vuraraq sonuncu yeri tutub və birbaşa D Liqasına düşüb. 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC