Milli Məclisin komitə sədri üsyan etdi: “Azərbaycan futbolu yenə qara günlərindən birini yaşadı, 30 ildir bu günləri yaşamağa məhkum oluruq”

“Dünən yenə Azərbaycan futbolu qara günlərindən birini yaşadı. Biz 30 ildir bu günləri yaşamağa məhkum oluruq”.

Presssport.az xəbər verir ki, bunu Milli Məclisin Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov Gənclər və idman, İctimai birliklər və dini qurumlar, Mədəniyyət komitələrinin birgə iclasında 2025-ci ilin büdcə müzakirələri zamanı deyib. 

“Nə üçün biz hər dəfə böyükhesablı məğlubiyyətləri, ağır nəticələri görürük? Yaxşı olar ki, Futbol Federasiyası buna diqqət göstərsin. Hər bir futbolçunun üzərində daşıdığı formaya böyük məsuliyyəti olmalıdır”, - deyə deputat bildirib (qafqazinfo.az).

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC