"Xankəndi" daha bir milli üzvünü heyətinə qatıb.
Presssport.az xəbər verir ki, AFFA Region Liqası təmsilçisi çimərlik futbolu üzrə Azərbaycan yığmasının təcrübəli qolkiperi Elçin Qasımovla güclənib.
Bu, 35 yaşlı qapıçının böyük futbolda 7-ci klubu olacaq. O, buna qədər "Mingəçevir", "Qəbələ", "İnter", "Şuşa Qarabağ", "Qaradağ Lökbatan" və "Xəzər"in (Bakı) şərəfini qoruyub.
Onu da bildirək ki, “Xankəndi” Qasımovdan öncə minifutbol üzrə millimizin oyunçuları Ziya Məmmədli, Əliəkbər Şəbiyev və Təmraz Əmircanovu heyətinə qatıb.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC