"Bakı mənə çox doğma gəlir".
Presssport.az xəbər verir ki, bunu "Abşeron"un basketbolçusu Aubri Makalpayn klubun mətbuat xidmətinə müsahibəsində deyib.
ABŞ-dən olan 35 yaşlı oyunçu komandasında özünü yaxşı hiss etdiyini söyləyib: "Hər şey yaxşıdı. Hər mənada bu şəhərdə rahatam".
Daha əvvəl "Xəzri"də (hazırkı "Naxçıvan") çıxış edən basketbolçu Bakı şəhərinin təmiz olduğunu açıqlayıb: "Şəhərinizin təmiz olması və sakitliyi çox xoşuma gəlir. Özüm böyük şəhərdə böyüyən biri olaraq, bura mənim üçün möhtəşəm yer kimi gəldi. Bakıda bəyənmədiyim heç nə olmadı desəm, düz olar".
Makalpayn Azərbaycan Basketbol Liqası barədə də danışıb: "Çempionatın gedişatını bəyənirəm. Komanda sayının artması və əlavə arenaların olması, xüsusilə ev oyunlarımızı keçirmək üçün öz doğma zalımızın olması liqa üçün çox yaxşı məqamdı. Qrup mərhələsinin, yəni komandaların fərqli qruplarda yer almasının erkən olduğunu düşünürəm. Amma bu gedişata da uyğunlaşmağa çalışıram. Azərbaycan Basketbol Liqasının gələcəyi üçün görülən işlərə çox sevinirəm".
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC