Millimizin futbolçusu Renat Dadaşovun formasını geyindiyi "Hatayspor" hücum xəttini yeni futbolçu ilə gücləndirib.
Presssport.az xəbər verir ki, Super Liqa təmsilçisi "Qalatasaray"dan Halil Dervişoğlunu icarəyə götürüb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Türkiyə millisinin üzvü mövsümün ikinci yarısını "Hatayspor"da keçirəcək.
“Qalatasaray” Dervişoğlunu mövsümün əvvəlində "Brentford"dan transfer edib. 24 yaşlı forvard "sarı-qırmızlar"ın heyətində meydana çıxdığı 20 rəsmi matçda 4 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC