Taekvondoçularımız Türkiyə açıq çempionatının ilk günündə iki medal qazanıb

Antalyada taekvondo üzrə Türkiyə açıq çempionatına start verilib.

Presssport.az xəbər verir ki, yarışın ilk günündə Azərbaycanın yeniyetmələrdən ibarət milli komandası 2 medal əldə edib.

Yığmanın heyətində Məryəm Cəfərova (152 sm) qızıl medala yiyələnib. O, 6 rəqibini məğlub edərək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. 

Gülay Əliyeva isə (160 sm) çempionatı bürünc medalla bitirib. Taekvondoçumuz yarımfinaladək 4 mərhələ keçib.

Qeyd edək ki, yarışda bu gün yeniyetmə oğlanlar mübarizəyə qoşulacaq.

 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC