“Zirə” 10 illik tarixində 5-ci dəfə Azərbaycan kubokunun yarımfinalına yüksəlib.
Presssport.az xəbər verir ki, bunun 3-ü Rəşad Sadıqovun baş məşqçiliyinə təsadüf edib.
Belə ki, "qartallar" hazırkı çalışdırıcısıyla bunadək 2020/21, 2021/22 mövsümlərində də yarımfinal iştirakçısı olub.
Özü də zirəlilər tarixində ilk dəfə finala 2 il əvvəl məhz Sadıqovla çıxmışdı. “Qartallar” 42 yaşlı Sadıqovadək - 2018/19 və 2019/20 mövsümlərində də yarımfinala vəsiqə qazanıb.
“Zirə” bu dəfə həmin mərhələyə "Səbail"i evdəki cavab matçında darmadağın etməklə - 3:0-la çıxıb. Bu, Sadıqovun komandasının cari mövsümdə bütün turnirlərdə ilk böyükhesablı qələbəsi olub. Son belə nəticə də məhz 3:0 olmuşdu. Sadəcə, onda bu, səfərdə - keçən çempionatın son turunda “Sumqayıt”ı yenməklə gerçəkləşmişdi. Onda dubl müəllifi olan Rəhim Sadıxov bu dəfə də qol müəllifi oldu.
Zirədə böyükhesablı qələbəni isə sonradan meydana çıxaraq fərqlənən braziliyalı hücumçu Rafael Utziq rəsmiləşdirib. Bununla da 27 yaşlı legioner qış fasiləsində keçdiyi “Zirə"də qol hesabını açıb. Utziq son dəfə “Qəbələ”nin heyətində keçən çempionatda sona 2 tur qalmış "Turan Tovuz"la ev matçında (1:2) qola imza atmışdı.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC