Kurban Berdiyev bu yay baş məşqçi postuna keçdiyi “Turan Tovuz”dan gedib.
Presssport.az xəbər verir ki, bu məlumatı Rusiya mətbuatı yayıb.
Belə ki, Legalbet.ru portalı 72 yaşlı mütəxəssisin rəhbərliklə dəfələrlə konfliktə girdiyini və sonda Tovuz klubundan tərk etmək qərarını verdiyini yazıb. İddiaya görə, artıq “Turan Tovuz” Vasili Berezutski, Dmitri Smirnov və Aleksandr Naqornı ilə danışıqlar aparır.
Tovuz klubundan isə Presssport.az-a xəbər qəti şəkildə təkzib olunub. Belə ki, rusiyalı məşqçinin işinin başında olduğunu, bu iddiaların həqiqəti əks etdirmədiyi vurğulanıb. Hətta Berdıyevin əsas komandanın oyunundan sonra Tovuzda qalaraq aşağı yaş qruplarından ibarət komandaların hazırlıqlarını izləməyi lazım bildiyi qeyd olunub ki, bu da onun işə peşəkar, məsuliyyətlə yanaşmasının göstəricisidi.
Xatırladaq ki, "Turan Tovuz" tarixində ən uğurlu mövsüm keçirərək 14 turdan sonra 3-cü pillədə qərarlaşıb.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC