Yunan-Roma güləşi üzrə Azərbaycan millisi “Zaqreb Open”in qalibi olub

Yunan-Roma güləşi üzrə Azərbaycan millisi Xorvatiyada keçirilən “Zaqreb Open” turnirinin qalibi olub. Presssport.az xəbər verir ki, Aleksandr Tarakanovun baş məşqçisi olduğu yığmamız 2 qızıl, 1 bürünc medalla buna nail olub. Komandamızın heyətində Ülvi Qənizadə (72 kq) və Sənan Süleymanov (77 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar, Həsrət Cəfərov (67 kq) üçüncü yeri tutub. Murad Məmmədov (63 kq), Murad Əhmədiyev (97 kq) və Beka Kandelaki (130 kq) isə 5-ci olaraq yığmanın hesabına xal yazdırıblar. Nəticədə Azərbaycan millisi 95 xalla komanda hesabında “Zaqreb Open”in ən yaxşısı olub. Macarıstan 90 xalla 2-ci, Türkiyə isə 81 xalla 3-cü yeri tutub. Onu da bildirək ki, sərbəst güləş üzrə Azərbaycan yığması 54 xalla komanda hesabında 4-cü olub. Qadınlardan ibarət millimiz isə 31 xalla 12-ci pillədə qərarlaşıb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC