Fərid Qayıbov Qazaxda söz verdi, stadionla bağlı şad xəbər verdi

Qazax şəhər stadionu təmirə bağlanacaq.

Bu haqda Presssport.az-a danışan “Göyəzən”in baş məşqçisi Elxan Muradov bir müddət sonra arenada yenidənqurma işləri aparılacağını söyləyib.

Belə ki, gənclər və idman naziri Fərid Qayıbov adıçəkilən məkana 2 dəfə baş çəkib, meydança və tribunaların vəziyyətini incələyib və nazirliyin balansında fəaliyyət göstərən qurğunun kompleks təmirə ehtiyacının olduğunu qeyd edib: “Fərid müəllim Qazaxda olaraq stadiona da baş çəkib. Söz verdi ki, nazirliyin dəstəyi ilə təmir işləri aparılacaq. Dəqiq tarix deyilmədi, lakin fikrimcə, yaxın zamanda işlərə başlanılacaq”.

Muradov onu da diqqətə çatdırıb ki, stadionlarının vəziyyəti bir çox arelaraımızın durumundan daha yaxşıdı: "Sadəcə, ot örtüyünə əl gəzdirmək, tribunaları yeniləmək lazımdı. Yəni, elə də böyük xərc çəkmədən stadionu yaxşı vəziyyətə gətirmək mümkündür. Hər halda, səbirsizliklə təmir işlərinin başlanmasını gözləyirik".

Onu da bildirək ki, Qazax şəhər stadionunda qazonun dəyişdirilməsi və 3500 nəfər tutuma malik tribunaların yenilənməsi üçün vəsait ayrılacağı nəzərdə tutulub.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC