"Turan Tovuz"un qapıçısı İvan Konovalovun agenti Stanislav Stanislavski onun Bruney (11:0) və Suriya (11:0) yığmaları ilə bu yaxıda keçirilmiş yoldaşlıq oyunları üçün Rusiya millisinə dəvət edilməməsinndən narazı qalıb.
Presssport.az “Matç TV”yə istinadən xəbər verir ki, futbol agenti Tovuz klubunun qolkiperinin hazırda karyerasının yaxşı mərhələsində olduğunu vurğulayıb: “O, əla formadadı. Azərbaycanda ən yaxşı nəticələrə malikdi. Onun komandası ilk ”3-lük"də yer alır, ilk dəfə çempionluq uğrunda mübarizə aparır və öz çempionatının liderləri ilə bərabər şəraitdə oynayır. İndi Rusiyada çoxlu zədəli qapıçı var. Düzünü desəm, İvanın Bruney və Suriya ilə matçlar üçün Rusiya millisinə nəyə görə dəvət olunmadığını başa düşmürəm. Mənə elə gəlir ki, Kafanov onu izləyir və yəqin ki, Konovalovun indi hansı formada olduğunun fərqinə varıb. O, Azərbaycan çempionatında ən çox “quru oyun” keçirib, yüksək səviyyəli oyun nümayiş etdirib. İstərdim ki, İvana diqqət göstərilsin".
Xatırladaq ki, Rusiya yığmasının qapıçılarla işləyən məşqçisi Yevgeni Kafanov baş məşqçi Valeri Karpinlə “Rostov”da da birgə işləyir.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC