“Araz-Naxçıvan” Misli Premyer Liqasının XV turunda “Turan Tovuz”a qarşı keçirəcəyi oyunun hazırlığını davam etdirir.
Presssport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, taktiki planda təmrinlər yerinə yetirən komandada zədəlilər də məşqlərə başlayıb.
Zədələrini sağaldan kapitan Vadim Abdullayev və Bayraməli Qurbanovun ardından daha bir yarımmüdafiəçi - braziliyalı Karlos Jatoba da fiziki hazırlıq üzrə məşqçi Teodor Terzievin rəhbərliyi altında məşq edir. Jatoba yeni çempionatında startında zədələnərək, bu ilin avqustunda axill tendon nahiyəsindən əməliyyat olunmuşdu.
Xatərlıadaq ki, XV turun açılış matçı olan “Araz-Naxçıvan” - “Turan Tovuz” matçı noyabrın 29-da saat 16:00-da “Liv Bona Dea Arena”da keçiriləcək.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC