Bu gün I Liqada VIII turun 2-ci oyun günü olub.
Presssport.az xəbər verir ki, hər 2 matç əyalətdə keçirilib.
"Difai" "Mingəçevir"i qəbul edib. Şamaxıdakı oyun məhsuldar heç-heçə ilə yekunlaşıb.
Turun mərkəzi görüşü isə Yevlaxda oynanılıb. Burda lider “Karvan” ən yaxın izləyicisi "Qəbələ" ilə qarşılaşıb.
Qonaqlar sona yaxın vurduğu qolla qələbəni qoparaq xallarının sayını 20-yə çatdırıb və liderliyi ələ keçirib. Bu, cari mövsümdə ilk dəfə olub.
28 noyabr (cümə axşamı)
14:30. “Difai” – “Mingəçevir” - 3:3
Qollar: İ.Allahverdiyev, 58-pen; 81, C.Kamta, 90+4 - İ.Əliyev, 19, 48, T.Məmmədzadə, 61-pen.
Hakimlər: Əkbər Əhmədov, Sənan Atayev, Vüqar Bayramov, Elvin Bayramov
Şamaxı OİK stadionu
14:30. “Karvan” – “Qəbələ” - 0:1
Qol: N.Rəşidov, 88
Hakimlər: Tural Qurbanov, Zöhrab Abbasov, Rəhman İmami, Kamran Əliyev
Yevlax şəhər stadionu
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC