“Qarabağ”ın qələbə şansını “Lion”dan üstün sayıram”

“Bu gün bizim üçün çox əhəmiyyətli olan oyun var. “Lion”la matç ağır olacaq. Həm də çox vacib oyundur. Növbəti mərhələni düşünürüksə, xal və xallar qazanmalıyıq".

Presssport.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın sabiq futbolçusu Əfran İsmayılov deyib.

Keçmiş komandasının Avropa Liqasının 5-ci turunda bu gün Fransa “Lion”u ilə keçiriləcək oyunu ilə bağlı danışan veteran futbolçu rəqibin böyük klub olduğunu xatırladıb. Həmçinin o qeyd edib ki, “Qarabağ”ın da belə klublara qarşı uğurlu oyunları az olmayıb: “Onlar da fikirləşirlər ki, Bakıda qələbə qazansınlar. Lakin “Qarabağ” öz meydanında oynayır və yetərincə avrokubok təcrübəsi və azarkeşləri var. İnanıram ki, “Qarabağ”ın futbolçuları verilən tapşırıqları düzgün yerinə yetirəcək və ən yaxşı oyunlarından birini göstərəcək”. 

Komandaların qələbə şanslarını dəyərləndirən İsmayılov “Qarabağ”ı rəqibdən üstün saydığını bildirib: “Bütün Azərbaycanın gözü “Qarabağ”dadır. Hamı komandadan qələbə gözləyir. Rəqibin də gücünü, oynadığı çempionatı unutmamalıyıq. Bununla belə, mən “Qarabağ”ı daha üstün sayıram. Şansları 60/40-a “Qarabağ”ın tərəfində görürəm. “Qarabağ” bu cür klublara qarşı çox oynayıb. Komandamızın xeyli şansının olacağını bilirəm. Bunlardan yararlana bilsələr, qələbə yaxındadır”.

Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Lion” görüşü saat 21:45-də başlayacaq (qol.az).

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC