"Azərbaycanda futbolu sevirlər. Bura futbolu sevən ölkədi. Küçədə gedəndə çox adam məni saxlayır, söhbət etmək, şəkil çəkdirmək istəyir. Burda hər hansı gərginliyə, yersiz sözlərə bir dəfə də olsun rast gəlməmişəm".
Presssport.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın yarımmüdafiəçisi Abdullah Zubir Fransanın tanınmış "L'Equipe" nəşrinə açıqlamasında deyib.
Bu gün Bakıda keçiriləcək Avropa Liqasının V turunun "Qarabağ" - "Lion" matçı ərəfəsində Fransa jurnalistinə danışan 33 yaşlı yarımmüdafiəçi ölkəmizdəki həyatından söz açıb. O, Bakıda sahilə yaxın ərazidə yaşadığını diqqətə çatdırıb: “Özümü Bakıda rahat hiss edirəm, burda heç vaxt xoşagəlməz halla üzləşməmişəm. Fransada olduğu kimi, ətraf restoranlarla doludu Burda hamı sülh şəraitində yaşayır. Təhlükəsizlik baxımından da hər şey əladı. Azərbaycan sülhsevər və təhlükəsiz ölkədi. Bu barədə əlavə şərhə ehtiyac yoxdu. Bir sözlə, həyat gözəldi”.
Zubir 7-ci mövsümünü keçirdiyi, avrokuboklarda daha çox kapitanı olduğu "Qarabağ" haqda da danışıb: "Klub iddialıdır. Artıq dalbadal 11 ildi avrokuboklarda çıxış edir. Bu isə məni həyəcanlandırır. Əsl matç adına oyunları - hansı ki, xoş bir anlar yaşayırsan - həftənin 4-cü günü axşamlar olur (Avroliqanın oyunları günü - red.) "Arsenal"a, "Bayer"ə, "Tottenhem"a, "Vilyarreal"a qarşı oynamışam. Amma heç vaxt Çempionlar Liqasınının iştirakçısı olmamışam. İki dəfə pley-offda mübarizəni dayandırmışıq. Bu anları, bu hissi “Qarabağ”a da yaşamaq istəyirəm".
Xatırladaq ki, Abdullah əslən Mərakeşdən olsa da, Fransada - Lill şəhərində anadan olub. O, “Qarabağ”a 2018-ci ilin yayında bu ölkənin “Lans” klubundan keçib.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC