"Qəbələ" üçün bu il ilk, "Araz-Naxçıvan"la ilk və 11-ci dəfə

“Qəbələ” bu il ilk qələbəsini qazanıb.

Presssport.az xəbər verir ki, Elmar Baxşıyevin komandası buna 2024-cü ildə 5-ci rəsmi matçında nail olub.

Bu, Azərbaycan Kubokunun 1/4 final mərhələsində “Araz-Naxçıvan”la evdəki cavab görüşündə 2:0 hesablı qələbəylə reallaşıb. Bununla da qəbələlilər həm yarımfinala çıxıb, həm də Naxçıvan təmsilçisini bu il evdə nəhayət, məğlub edə bilib. Belə ki, bunadək Premyer Liqada məğlubiyyətlər (0:2 və 1:4), kubokda bərabərlik (1:1) qeydə alınmışdı. 

“Qırmızı-qaralar” 19 illik tarixində 11-ci dəfə yarımfinala çıxıb. Bunadək 5 dəfə final iştirakçısı olmuş “Qəbələ” bunun 2-də titul qazanıb. Baxşıyevlə 5-ci mövsümdü Azərbaycan kuboku iştirakçısı olan komanda adətən yarımfinaladək irəiləyir. Təsadüfi deyil ki, bunun yalnız 1-də - 2020/21 mövsümündə buna nail ola bilməyərək 1/4 finalda dayanıb. Elmar Baxşıyevin komandasının Azərbaycan kubokunun son qalibi olduğunu da vurğulayaq.

Onu da bildirək ki, “Qəbələ” bunadək son qələbəsini keçən ilin son matçında qazanmışdı. Bu, Premyer Liqanın XVIII turunda “Sabah” üzərində Qəbələdə 1:0 hesabıyla olmuşdu. 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC