"Qarabağ" Zubirlə müqaviləni uzatdı - RƏSMİ

"Qarabağ" müqaviləsi başa çatmaqda olan Abdullah Zubirlə yeni anlaşmanın şərtlərini razılaşdırıb.

Presssport.a xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. 

33 yaşlı fransalı yarımmüdafiəçi ilə müqavilə 3 il müddətinə uzadılıb.

Belə ki, Zubirin yeni müqaviləsi 2027-ci ilin yayına qədər nəzərdə tutulub. O, 2018-ci ildən çıxış etdiyi Ağdam təmsilçisi ilə 5 dəfə Azərbaycan çempionu, 2 dəfə ölkə kubokunun qalibi olub. Abdullah bu müddətdə Premyer Liqada 158 oyunda 43 qol vurub. Avrokuboklarda 84 matça çıxan yarımmüdafiəçi 14 dəfə fərqlənib. Zubir Azərbaycan klublarının heyətində qitə kuboklarında ən çox qol vuran futbolçudur.

Xatırladaq ki, "Qarabağ" bunadək Fabian Buntiçi və Musa Qurbanlını transfer edib, Bəhlul Mustafazadə, Nəriman Axundzadə və Riçard Almeyda ilə müqaviləni uzadıb

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC