Millimizin oyunlarının təqvimi müəyyənləşib - dünya çempionatının seçmə mərhələsində

Çimərlik futbolu üzrə Azərbaycan millisinin dünya çempionatının seçmə mərhələsində keçirəcəyi oyunların təqvimi müəyyənləşib.

Presssport.az xəbər verir ki, A qrupunda yer alan yığma oktyabrın 4-dən 15-dək İspaniyanın Kadis şəhərində İspaniya, İngiltərə və Gürcüstan kollektivləri ilə üz-üzə gələcək.

Sahib Məmmədovun komandası oktyabrın 4-də İngiltərə, bir gün sonra Gürcüstan milliləri ilə münasibətlərə aydınlıq gətirəcək. Hər iki qarşılaşma Bakı vaxtı ilə saat 14:45-də start götürəcək. Yığma oktyabrın 7-də, saat 20:00-da yerli komanda ilə görüşəcək.

Xatırladaq ki, millimiz sentyabrın 25-dən oktyabrın 3-dək Türkiyənin Alanya şəhərində təlim-məşq toplanışı keçəcək.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC