"Qəribə oyun idi, şimşəyə görə yaranan fasilə xeyirimizə oldu" - Naqelsmann

Almaniya millisinin baş məşqçisi Julian Naqelsmann AVRO-2024-ün 1/8 finalında Danimarka yığmasına qalib gələrək (2:0) 1/4 finala adlamalarını şərh edib.

Presssport.az xəbər verir ki, gənc almaniyalı mütəxəssis mərhələ adlamağın sevindirici olduğunu deyərək, komandasının zəif tərəflərinin olduğunu da gizlətməyib: “Qəribə oyun idi. Rəqibə qarşı layiqli mübarizə apardıq. İlk 20 dəqiqə möhtəşəm alındı, bizim üçün turnirin ən yaxşısı oldu. Sonra qısa bir fasilə verdik. Şimşəyə görə yaranan fasilə xeyrimizə oldu. Bu pauzadan sonra bəzi dəyişikliklər etdik və yenidən daha yaxşı müdafiə olunmağa başladıq. Komandaya dedik ki, hələ də üzərində 100 faiz işləmədiyimiz məqamlarımız var. Daha səbirli olmalı və anı gözləməliyik. Danimarka millisi yaxşı komandadı. Qalib gəldiyimiz üçün xoşbəxtəm. Komanda üzvlərimizə təşəkkür edirəm".

Xatırladaq ki, Bundestim 1/4 finalda İspaniya-Gürcüstan cütünün qalibi ilə qarşılaşacaq. 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC