Azərbaycanın daha 2 yunan-Roma güləşçisi Albaniyanın paytaxtı Tiranada keçirilən dünya çempionatında qızıl medal qazanıb.
Presssport.az xəbər verir ki, Nihat Məmmədli (63 kq) finalda qazaxıstanlı Yerjet Jarlikassiyə 6:1 hesabı ilə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Ülvü Qənizadə isə (72 kq) həlledici görüşdə fransalı İbrahim Qanemi 3:2 hesabı ilə üstələyərək 1-ci yeri tutub.
Xatırladaq ki, bunadək digər yunan-Roma güləşçimiz Eldəniz Əzizli yarışda qızıl medal qazanıb. O, karyerasında 4-cü dəfə dünya çempionu olub.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC