PFL Super Kuboka görə komandaları məcbur etmək istəmir

“Komandaları Superkuboka görə məcbur etmək istəmirik”.

Pressssport.az xəbər verir ki, bunu “Report”a Peşəkar Futbol Liqasının prezidenti (PFL) Elxan Səmədov deyib.

Funksioner Azərbaycan Super Kubokunun bərpa olunmasına münasibət bildirib.

O, bunu çox istədiklərini, sadəcə, bir problemin olduğunu söyləyib: “Onun vaxtını təyin edə bilmirik. Çempionat başa çatandan sonra komandalar istirahət edirlər, legionerlər ölkələrinə yollanırlar. Premyer Liqanın startından əvvəl isə təmsilçilərimizin təlim-məşq toplanışları olur. Bu səbəbdən hələlik mümkün deyil. Mövsümün ortasında isə, sadəcə, vaxtımız yoxdur. Qrafik, təqvim o qədər sıxdır ki, Superkubok matçının təşkili üçün vaxt yoxdur. Amma yenə də bununla bağlı tədbir görməyə çalışacağıq. Superkubokun alınmasını çox istərdik. Komandaları buna məcbur etmək istəmirik. Premyer Liqa, mövsüm start götürdükdən sonra hansısa problemlə üzləşəndə deyəcəklər ki, Superkuboka görə oynumuz alınmadı, təlim-məşq toplanışını yaxşı keçə bilmədik”.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC