Avropa birinciliyi: Atletimiz 1 qızıl və 2 gümüş medal qazanıb

Azərbaycan atleti Ravin Alməmmədov Polşada keçirilən gənclər və 23 yaşadək idmançılar arasında Avropa birinciliyində 1 qızıl və 2 gümüş medal qazanıb.

Pressssport.az xəbər verir ki, 81 kq çəki dərəcəsində mübarizə aparan milli üzvü birdənqaldırmada 151 kq-ı ram edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

O, təkanlaqaldırmada isə 187 kq-ın öhdəsindən gəlib və nəticədə gümüş medala yiyələnib.

Alməmmədov toplam 338 kq (151+187) nəticə ilə yekun sıralamada gümüş medalı hesabına yazdırıb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC