Tacikistanın 17 yaşadək futbolçulardan ibarət yığmasının üzvü Məhəmməd Nəzriyev bir oyunda vurulan qolların sayına görə yeni rekorda imza atıb.
Presssport.az xəbər verir ki, 16 yaşlı yarımmüdafiəçi bunu 2025-ci ildə keçiriləcək Asiya Kubokunun seçmə mərhələsində evdə Quam yığmasını 33:0 hesabı ilə məğlub etdikləri oyunda reallaşdırıb.
Belə ki, qollardan 14-nə müəlliflik edən Nəzriyev FİFA-ya daxil olan federasiyaları təmsil edən millilər arasında bir matç ərzində vurulan qolların sayına görə rekord müəyyənləşdirib.
Əvvəlki rekord avstraliyalı futbolçu Arçi Tompsona məxsus idi. O, 2001-ci ildə Amerika Samoasına qarşı oyunda (33:0) 13 qol vurmuşdu. Həm ümumi qol sayında, həm də dəqiq zərbələrin sayında əvvəlki nailiyyət Avstraliya komandasına məxsus idi.
Onu da bildirək ki Nəzriyev Düşənbənin "İstiqlal" klubunun ikinci komandasında çıxış edir.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC